...Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə Ukraynaya Rafale qırıcı təyyarələri verəcəyinə söz verdiyi üçün vəzifəsindən azad edilməlidir.
SİA-nın məlumatına görə, bu barədə “Oyan, Fransa” partiyasının lideri Nikolas Düpon-Eynyan sosial mediada bildirib.…Hansı pulla? Əlbəttə ki, bizim pulumuzla!" siyasətçi qəzəbləndi. Düpon-Eynyan Makronun vəzifədən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynaya təyyarələrin verilməsi qərarı “daha bir dəlilik aktıdır”.
Bir müddət əvvəl Zelenski və Makron tarixi adlandırılan bir müqavilə imzalayıblar.
Reuters-in məlumatına görə, müqavilə yüzlərlə Rafale qırıcı təyyarəsinin çatdırılmasını əhatə edir.
Əli Babayev