AZ

Konqoda mis mədəni çöküb, onlarla insan ölüb

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Konqo Demokratik Respublikasının cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi çöküb.

"Report" xəbər verir ki, bu barədə RFI radiosu məlumat yayıb.

Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, azı 32 nəfər ölüb. O əlavə edib ki, axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Bununla belə, Mədənçilər Assosiasiyası 49 nəfərin öldüyünü və onlarla işçinin itkin düşdüyünü bildirib. Səlahiyyətlilər hesab edir ki, hadisəyə səbəb leysan yağışları nəticəsində yaranan torpaq sürüşmələridir.

Bununla belə, RFI başqa bir nəzəriyyə irəli sürüb. Ehtimal edilir ki, mədəndə silahlı mühafizəçilərlə mədənçilər arasında münaqişə baş verin. Nəticədə işçiləri dağıtmaq istəyən mühafizəçilər onlara atəş açıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
50
azpolitika.info

10Mənbələr