AZ

Konqoda nazirin təyyarəsi qəza enişi edərək yanıb

Konqo Demokratik Respublikasının (KDR) Mədən Naziri Luis Uatum Kabamba və onun heyətini daşıyan təyyarə "Kolwezi" aeroportuna eniş zamanı zolaqdan çıxıb və alovlanıb.Bu barədə xarici KİV xəbər verir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.Təyyarədə ümumilikdə 20 nəfərin olduğu bildirilir.

Nazir və nümayəndə heyətinin səfərinin məqsədi daha əvvəl böyük sürüşmə baş verən kobalt mədənində aparılan xilasetmə işlərinə nəzarət etmək olub.

Seçilən
15
50
anews.az

10Mənbələr