ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Konqo Demokratik Respublikasının sənaye naziri Lui Kabambanın olduğu təyyarə hava limanında yerə enərkən sürüşərək yanıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Təyyarədə ümumilikdə 20 nəfərin olduğu bildirilir.
Nazir və nümayəndə heyətinin səfərinin məqsədi daha əvvəl böyük sürüşmə baş verən kobalt mədənində aparılan xilasetmə işlərinə nəzarət etmək olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.