ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın müdafiə naziri Boris Pistoriusun NATO-Rusiya müharibəsi ilə bağlı açıqlamalarını şərh edib.
Globalinfo.az xəbər verir ki, Peskov belə bəyanatların Avropa ölkələrindən getdikcə artdığını vurğulayıb.
“Belə militarist və müharibə tərəfdarı ritorika Avropa paytaxtlarından getdikcə daha çox eşidilir”, – Peskov deyib.
Kreml sözçüsü əlavə edib ki, Rusiya NATO ilə qarşıdurmaya can atmır, lakin ölkənin təhlükəsizliyi və maraqlarını təmin etmək üçün lazımi tədbirlər görür.
Qeyd edək ki, Boris Pistorius daha əvvəl bəyan etmişdi ki, NATO-Rusiya müharibəsi 2029-cu ildən əvvəl başlaya bilər. Onun bu fikirləri alyansın sonuncu sülh dövrünü dəyərləndirən hərbi tarixçilərin analizlərinə əsaslanıb.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.