ain.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 16 noyabr, AZƏRTAC
Konqo Demokratik Respublikasının cənubunda kobalt mədənində çökmə nəticəsində 32 işçi ölüb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Lualaba regionunda yerləşən mədənin yaxınlığında su xəndəyinin üzərindəki körpü çöküb.
Regionun daxili işlər naziri bildirib ki, qurbanların sayının artacağı gözlənilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.