AZ

Şəkidə yanan mənzildən meyit tapılıb

Yazını böyüt
Yazını kiçilt

Şəkidə mənzil yanıb, yaşlı kişinin meyiti tapılıb.

Hafta.az xəbər verir ki, yanğın gecə saatlarında rayonun Bideyiz kəndində 85 yaşlı Əli Xasiyevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə.Xasiyevin yanmış meyiti aşkar olunub. Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır.

Seçilən
24
14
hafta.az

10Mənbələr