Şəkidə mənzil yanıb, yaşlı kişinin meyiti tapılıb. Yanğın gecə saatlarında rayonun Bideyiz kəndində 85 yaşlı Əli Xasiyevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə.Xasiyevin yanmış meyiti aşkar olunub. Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının başvermə səbəbi araşdırılır.
Mətləb