AZ

Şəki sakini evində yanaraq həyatını itiribVİDEO

Ötən gecə Şəkinin Bideyiz kəndində 85 yaşlı kişi evdə yanaraq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakini, 85 yaşlı Əli  Xasiyevə məxsus fərdi yaşayış evində yanğın baş verib.

Hadisə zamanı ev içərisidəki əşyalarla birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Əli Xasiyevin yanmış meyiti aşkar olunub.

Atası ilə qonşu yaşayan oğlu bildirir ki, onlar yanğın yerinə çatanda artıq gec olub. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
16
xezerxeber.az

10Mənbələr