AZ

Zaxarovadan alman nazirin müharibə proqnozuna REAKSİYA

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“İndi təcavüzkarın kim olduğuna şübhə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın müdafiə naziri Boris Pistoriusun son çıxışını şərh edərkən deyib.

O, bu barədə “RİA Novosti” agentliyinə müsahibə verib.

Qeyd edək ki, bundan əvvəl Boris Rusiyanın 2029-cu ildən əvvəl NATO-ya hücum edə biləcəyini demişdi.

“Mütəxəssislər iddia edirlər ki, hücum 2028-ci ildə mümkün ola bilər. Biz NATO-nun özünü müdafiə etmək iqtidarında olmadığı təəssüratı yaratmamalıyıq. Nə olursa olsun, döyüşə hazır silahlı qüvvələrimiz var, amma onları daha da yaxşı təchiz etməliyik”, – deyə o bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
44
globalinfo.az

10Mənbələr