AZ

Orta Dəhliz Azərbaycan üçün iqtisadi fayda yaradır İqtisadçı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Orta Dəhliz və Mərkəzi Asiya ilə tranzit imkanlarının genişlənməsi Azərbaycanın iqtisadi perspektivlərini ciddi şəkildə artırır”.Bu sözləri iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.O deyib ki, bu, ölkənin regional nəqliyyat və ticarət şəbəkəsində strateji rolunu gücləndirir:“Tranzit xətləri malların sürətli və səmərəli daşınmasını təmin edir. Logistik xərclər azalır və Azərbaycan məhsullarının regional bazarlara çıxışı sürətlənir. Enerji daşıyıcılarının və ixrac məhsullarının tranziti ölkəyə əlavə gəlir gətirir. Yeni tranzit imkanları investisiya mühitini də cəlbedici edir. Xarici investorlar ölkənin mərkəzi mövqeyini nəzərə alaraq layihələrə cəlb olunur. Bu, iqtisadi diversifikasiyanı və yeni biznes imkanlarını dəstəkləyir. Azərbaycanın regional iqtisadi təsiri artır. Ticarət və nəqliyyat sahəsində strateji əməkdaşlıq qonşu ölkələrlə uzunmüddətli münasibətləri gücləndirir. Dövlət büdcəsinə daxil olan tranzit rüsumları və gəlirlər iqtisadi sabitliyi möhkəmləndirir. Bu layihələr həmçinin yeni iş yerləri yaradır və xidmət sektorunu inkişaf etdirir. İnfrastrukturun müasirləşməsi ölkənin logistik potensialını yüksəldir. Uzunmüddətli perspektivdə, Orta Dəhliz Azərbaycanın beynəlxalq ticarət əlaqələrini diversifikasiya etməsinə kömək edir.  Tranzit imkanlarının genişlənməsi ölkəyə həm birbaşa, həm də dolayı iqtisadi dividentlər gətirir”.Leyla Turan 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
demokrat.az

10Mənbələr