“Sabah” Futbol Akademiyasında uşaq hüquqlarının və maraqlarının qorunması mövzusunda seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Tədbirdə akademiyanın U-12 və U-13 komandasının futbolçu və məşqçi heyəti, həmçinin akademiyanın koordinatoru Giorgi Minaşvili, “Sabah”ın əsas komandasının və Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov və psixoloq Nərgiz Məmmədova iştirak ediblər.
Nərgiz Məmmədova seminar iştirakçılarına uşaq hüquqları ilə bağlı ətraflı məlumat verib, azyaşlıların mövzunu daha yaxşı anlamaları məqsədilə onlar üçün müxtəlif əyləncəli tapşırıqların olduğu oyunlar təşkil edib.
Giorgi Minaşvili və Rəhman Daşdəmirov da çıxış edərək, azyaşlı futbolçulara öz məsləhətlərini veriblər.
Tədbirin sonunda R.Daşdəmirov azyaşlı futbolçularla meydançada vaxt keçirib, onların suallarını cavablandırıb.