AZ

"Sabah"ın akademiyasında uşaq hüquqlarının qorunması mövzusunda seminar keçirilib

"Sabah" Futbol Akademiyasında uşaq hüquqlarının və maraqlarının qorunması mövzusunda seminar keçirilib.

Bu barədə 90deqiqe.Az-a klubdan məlumat verilib.

Tədbirdə akademiyanın U-12 və U-13 komandasının futbolçu və məşqçi heyəti, həmçinin akademiyanın koordinatoru Giorgi Minaşvili, "Sabah"ın əsas komandasının və Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov və psixoloq Nərgiz Məmmədova iştirak ediblər.

Nərgiz Məmmədova seminar iştirakçılarına uşaq hüquqları ilə bağlı ətraflı məlumat verib, azyaşlıların mövzunu daha yaxşı anlamaları məqsədilə onlar üçün müxtəlif əyləncəli tapşırıqların olduğu oyunlar təşkil edib.

Giorgi Minaşvili və Rəhman Daşdəmirov da çıxış edərək, azyaşlı futbolçulara öz məsləhətlərini veriblər.

Tədbirin sonunda R.Daşdəmirov azyaşlı futbolçularla meydançada vaxt keçirib, onların suallarını cavablandırıb.

Seçilən
10
25
90deqiqe.az

10Mənbələr