AZ

“Sabah” akademiyasında seminar keçirildi

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah” Futbol Akademiyasında uşaq hüquqlarının və maraqlarının qorunması mövzusunda seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, seminarda akademiyamızın U-12 və U-13 komandasının futbolçu və məşqçi heyəti, həmçinin akademiyamızın koordinatoru Giorgi Minaşvili, “Sabah”ın əsas komandasının və Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov və psixoloq Nərgiz Məmmədova iştirak ediblər.

Psixoloq Nərgiz Məmmədova seminar iştirakçılarına uşaq hüquqları ilə bağlı ətraflı məlumat verib, azyaşlıların mövzunu daha yaxşı anlamaları məqsədilə onlar üçün müxtəlif əyləncəli tapşırıqların olduğu oyunlar təşkil edib.

Akademiyamızın koordinatoru Giorgi Minaşvili və “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov da çıxış edərək, azyaşlı futbolçulara öz məsləhətlərini veriblər. Tədbirin sonunda Rəhman azyaşlı futbolçularla meydançada vaxt keçirib, onların suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
29
futbolpress.az

10Mənbələr