AZ

Dünyanın ən zəngin şəhərlərinin adları açıqlanıb

CEOWORLD jurnalının ÜDM-ə görə dünyanın ən zəngin 300 şəhəri reytinqində birinci yeri Tokiodur.

QHT.az xəbər verir ki. analitiklərə görə, Tokio 2025-ci ildə ÜDM-ni 2,55 trilyon dollara çatdıraraq Nyu-Yorku da geridə qoyacaq. Nyu-York 2,49 trilyon dollarlıq iqtisadiyyatla ikinci, Los-Anceles isə 1,62 trilyon dollarla üçüncü olub. Sonrakı sıralamada London, Seul, Paris, Çikaqo, Osaka və Şanxay gəlir. Hesabata əsasən, ilk 10 şəhər dünya ÜDM-nin təxminən üçdə birini formalaşdırır. Moskva isə 0,976 trilyon dollarlıq göstərici ilə 17-ci yerdə qərarlaşıb.

 

R.İmanov

Seçilən
25
3
qht.az

7Mənbələr