Yaponiyanın paytaxtı Tokio, CEOWORLD Jurnalının reytinq cədvəlinə görə, dünyanın ən zəngin 300 şəhəri sırasında birinci yeri tutub.
"Unikal" xəbər verir ki, Tokio 2025-ci ildə 2,55 trilyon dollarlıq ÜDM ilə yenidən Yer kürəsinin ən zəngin şəhəri seçilib və hətta Nyu-York metropolitenini geridə qoyub.
Analitiklərin hesabatında Tokionun uğuru əməliyyat mükəmməlliyi, texnoloji inkişaf və sağlam iqtisadi idarəetmə ilə əlaqələndirilir.
Nyu-York şəhərinin iqtisadiyyatı 2,49 trilyon dollara çatıb. Los-Anceles 1,62 trilyon dollarla ilk üçlüyə daxil olub. Nyu-York qlobal maliyyə mərkəzi və startap ekosistemi kimi nüfuzuna görə reytinqdəki mövqeyini qoruyub. Los-Anceles əyləncə sənayesi, texnologiya və aerokosmik sənayesi sayəsində dünyanın ən zəngin üç şəhəri arasında yer alıb.
Növbəti yerlərdə London (1,47 trilyon dollar), Seul (1,42 trilyon dollar), Paris (1,39 trilyon dollar), Çikaqo (1,25 trilyon dollar), Osaka (1,19 trilyon dollar) və Şanxay gəlir.