BAKI, 17 noyabr. TELEQRAF
CEOWORLD jurnalı dünyada adambaşına düşən Ümumi Daxili Məhsula (ÜDM) görə 300 ən varlı şəhərin reytinq cədvəlini hazırlayıb. Siyahıya Yaponiyanın paytaxtı Tokio başçılıq edir.
Teleqraf xəbər verir ki, Tokio 2025-ci ildə yenidən dünyanın ən zəngin şəhəri elan edilib. Şəhərin ÜDM-u 2,55 trilyon dollar təşkil edib ki, bu da Nyu-Yorku belə geridə qoyur.
Analitiklərin hesabatında bildirilir ki, Tokionun uğuru operativ səmərəliliyin, texnoloji inkişafın və sağlam iqtisadi idarəetmənin nəticəsidir.
Reytinqdə ikinci yerdə qərarlaşan Nyu-Yorkun iqtisadiyyatı 2,49 trilyon dollara çatıb.
Los-Anceles isə 1,62 trilyon dollarlıq ÜDM ilə ilk üçlüyü tamamlayıb. Nyu-York mövqeyini qlobal maliyyə mərkəzi və startap ekosistemi sayəsində qoruyub.
Los-Ancelesi dünyanın ən varlı şəhərlərindən edən əsas amil isə onun əyləncə sənayesi, eləcə də texnologiya və aviasiya-kosmik sektorlarının inkişafıdır.
Siyahıda həmçinin aşağıdakı şəhərlər yer alıb:
London – 1,47 trilyon dollar
Seul – 1,42 trilyon dollar
Paris – 1,39 trilyon dollar
Çikaqo – 1,25 trilyon dollar
Osaka – 1,19 trilyon dollar
Şanxay – (rəqəm açıqlanmayıb)
Araşdırmaya görə, dünyanın ən yaxşı 10 şəhəri qlobal ÜDM-in təxminən üçdə birini formalaşdırır.