GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Ukrayna ilə Fransa arasında “Rafale” qırıcı təyyarələrinin tədarükünə dair imzalanan sazişə Rusiyadan reaksiya verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.
Medvedev Ukrayna rəhbərliyini və bəzi Avropa ölkələrini sözügedən müqavilə çərçivəsində korrupsiya sxemlərində iştirak etməkdə ittiham edib:
“Kiyevdə korrupsioner narkoman məsuliyyətə cəlb ediləndə Makron və ona bənzər avropalılar hansı bəhanələrə əl atacaqlar? “Biz heç nə bilmirdik”, “Kasıb ukraynalılara yardım etməli idik” kimi izahlar yenidən səhnəyə çıxacaq. Ola bilər ki, onlar da “Rafale” qırıcıları ilə bağlı korrupsiya sxeminin iştirakçılarıdır”, – siyasətçi yazıb.
Qeyd edək ki, Noyabrın 17-də Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev üçün “tarixi” adlandırılan hərbi yardım sazişi imzalayıblar. Müqavilənin detalları rəsmi şəkildə açıqlanmasa da, mediada yayılan məlumatlara əsasən, paketə döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri daxildir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.