Musavat.com xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze keçmiş prezident Mixeil Saakaşvilinin Ukraynaya ekstradisiya olunacağı ilə bağlı yayılan iddiaları qəti şəkildə təkzib edib.
O bildirib ki, bu barədə səsləndirilən fikirləri ciddiyə almağa dəyməz: “Podolyak kimi şəxslərin açıqlamalarını ciddi qəbul etmək mümkün deyil”.
Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak TV Pirveli telekanalına müsahibəsində Kiyevin Saakaşvilinin Gürcüstandan çıxarılması üçün “aktiv işlədiyini” demişdi. Onun sözlərinə görə, Saakaşvili Ukraynanın tamhüquqlu vətəndaşıdır və məsələ Ukraynanın gündəliyində yer alır.
Gürcüstan rəsmilərinin açıqlamaları isə bu prosesin reallaşmasının mümkün olmadığını göstərir.
Musavat.com