Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş strateji razılaşma imzalayıb.
Senzor.az bildirir ki, bu barədə “Unian“ məlumat yayıb.
Səfər zamanı imzalanan sənədlər Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raket tədarükünü əhatə edir.
Məlumata görə, razılaşma çərçivəsində Ukraynaya “Rafale” döyüş təyyarələri və ballistik raketləri məhv etmək qabiliyyətinə malik SAMP/T hava hücumundan müdafiə sistemi veriləcək.
“Bu, gözəl və tarixi andır. 100 ədəd “Rafale” qırıcısı bizim sənayemiz, xalqımız üçün yeni mərhələdir. Dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri bizdə olacaq”, - deyə Ukrayna lideri Parisdə qırıcıların alınmasına dair imzalanma mərasimindən sonra vurğulayıb.