AZ

Azərbaycan Mərkəzi Asiyanın tamhüquqlu üzvü oldu Gündəm

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadi gücümüz və geosiyasi nüfuzumuz artır

Vüqar Bayramov: “Azərbaycan və Mərkəzi Asiyanın birgə ÜDM-si 700 milyard dollara yaxınlaşacaq”

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində son illər müşahidə edilən dinamizm yeni geosiyasi mərhələnin əsasını qoyur. Tarixi, mədəni və mənəvi bağlarla bir-birinə bağlı olan bu məkan indi həm də vahid əməkdaşlıq platformasına çevrilir. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv oldu. Azərbaycanın tamhüquqlu tərəfdaş kimi yer alması ilə Mərkəzi Asiya “beş ölkə” formatından çıxaraq yeni formaya düşdü.

Bu dəyişiklik bölgənin gələcək inkişaf trayektoriyasını müəyyən edən strateji konsepsiyadır. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasına qatılması və nitq söyləməsi onu göstərir ki, Azərbaycan bu konsepsiyada müşahidəçi və ya qonaq qismində deyil, təşəbbüskar və qərarvermə prosesinin üzvü kimi çıxış edir. Bu isə regionda yeni siyasi arxitekturanın formalaşması deməkdir. Azərbaycan paralel şəkildə hər iki regionda öz fəaliyyətini davam etdirməklə, bu iki məkan arasında unikal körpü rolunu oynayır. Bu çoxformatlı siyasət Azərbaycanın çoxşaxəli diplomatiyasının, balanslaşdırılmış xarici siyasət kursunun və regional sabitlikdə maraqlı olan dövlət kimi mövqeyinin göstəricisidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın bu platformaya tamhüquqlu iştirakçı kimi qoşulmasının əhəmiyyətini ortaya qoydu: "Bu gün qardaş xalqlarımız üçün həqiqətən də tarixi bir gündür. Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək". Özbəkistan lideri, həmçinin vurğuladı ki, Azərbaycanın “Mərkəzi Asiya+” format qoşulması ilə regionun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq. Azərbaycanın iştirakı ilə formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatının genişlənməsi Azərbaycanın iqtisadiyyatına, təhlükəsizliyinə və siyasi nüfuzuna birbaşa təsir edir. İlk növbədə, nəqliyyat-logistika əlaqələrinin güclənməsi ölkəmizin enerji və tranzit layihələrində rolunu artırır. Orta Dəhliz çərçivəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan xətti, Xəzər vasitəsilə multimodal daşımalar və Türk Dövlətləri Təşkilatındakı əməkdaşlıq Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da yüksəldir. Enerji sahəsində əlaqələr strateji səviyyəyə yüksəlir. Mərkəzi Asiyanın zəngin qaz və neft ehtiyatları, Azərbaycanın isə qədim və etibarlı enerji-nəqliyyat infrastruktur təcrübəsi bir-birini tamamlayır. Bu əməkdaşlıq həm istehsal, həm də nəql marşrutlarının şaxələndirilməsinə imkan yaradır. Azərbaycanın texnologiya, müdafiə sənayesi, kənd təsərrüfatı, təhsil və rəqəmsal idarəetmə sahəsində təcrübəsinin Mərkəzi Asiya ölkələrinə transferi qarşılıqlı fayda yaradır. Azərbaycan bu sahələrdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyərək regionda yeni iqtisadi fürsətlərin açılmasına töhfə verir. Ölkəmizin bu regional formata daxil olması Mərkəzi Asiya ölkələri üçün böyük imkanlar açır. Azərbaycan bu region üçün Qərbə açılan etibarlı körpü, logistika qapısı rolunu gücləndirir. Azərbaycanın diplomatik təcrübəsi və balanslaşdırılmış siyasəti Mərkəzi Asiya üçün təhlükəsizlik və əməkdaşlıq mühitinin sabitləşdirilməsinə töhfə verir. Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası tarixi əsaslara söykənən, müasir reallıqlarla dəstəklənən və gələcəyə hesablanmış strateji prosesdir. Bu yeni format nə regiondaxili güc balansını pozur, nə də Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini zəiflədir. Əksinə, Azərbaycan həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada sabitlik, inkişaf və əməkdaşlıq missiyasını paralel şəkildə həyata keçirir. 

Millət vəkili Vüqar Bayramov Sherg.az-a açıqlamasında deyib ki, Mərkəzi Asiya dünyanın sürətli inkişafa malik regionlarındadır. Deputatın sözlərinə görə, 2024-cü ildə Mərkəzi Asiya ölkələri 500 milyard dollardan çox birgə nominal ümumi daxili məhsula (ÜDM) malik olublar: "Azərbaycan və Mərkəzi Asiya isə birgə 575 milyard dollarlıq iqtisadiyyata malikdirlər. Bu ilin sonunda Mərkəzi Asiya və Azərbaycanın birgə ÜDM-nin 700 milyard dollara yaxınlaşacağı gözlənilir.

Mərkəzi Asiya ümumi 6.2 faiz illik iqtisadi artım ilə dünya üzrə orta illik artımı 2 dəfə bənd üstələyir. Son 8 ildə Mərkəzi Asiya dövlətləri arasındakı ticarət dövriyyəsi 5 dəfə yaxın artaraq 2.5 milyard dollardan 12 milyard dollaradək artıb. Son 25 ildə Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində isə 6 dəfə artım qeydə alınıb. Qeyd olunan iqtisadi üstünlüklərlə yanaşı, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geosiyasi mövqeyi də ciddi şəkildə güclənib. Orta Dəhlizin genişlənməsi, yaşıl enerji sahəsində reallaşan böyük potensial sözügedən region ölkələrinin mövqeyini daha gücləndirməkdədir. Böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də daha yaxından töhfə verəcəyi gözlənilir".

Siyasi şərhçi Elçin Alıoğlu da bildirib ki, Mərkəzi Asiya ölkələri liderlərinin Daşkənd sammitinin əsas hadisəsi Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması oldu. Ekspert xatırladıb ki, indiyə qədər Azərbaycan Prezidenti Asiya sammitlərində fəxri qonaq statusunda iştirak edirdi: "İndi isə Azərbaycan lideri vurğulayır ki, Azərbaycan təkcə sammitin deyil, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi əməkdaşlığının tamhüquqlu iştirakçısına çevrilir. Bu, təkcə Mərkəzi Asiyada deyil, həm də Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir.

Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılması ilə bağlı proseslər iki qonşu dövlət arasında münasibətlərin normallaşmasından sonra baş tutarsa, dövlət başçısı Azərbaycanı Mərkəzi Asiya dövlətlərinin Türkiyə ilə ticarətində əsas tranzit mərkəzinə çevirməyi planlaşdırır. 

Bu, Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında iqtisadi birliyin parlaq nümunəsinə çevrilə bilər. Bu platformaya Tacikistan və Ermənistan kimi dövlətlərin də qoşulması mümkündür. Yeni nəqliyyat marşrutlarının formalaşması ilə yanaşı, yeni geosiyasi ittifaq da yaranır. Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilk dəfədir ki, ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirdikləri görüşdən sonra bir araya gəlirlər. Bu da region üçün misilsiz hadisədir. Bir çox postsovet Mərkəzi Asiya liderləri onilliklər boyu Vaşinqtonda olmayıblar. Bu, Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın postsovet məkanındakı mövqelərinin zəifləməsini əks etdirir. Rusiya ilə qonşu olan ölkələr artıq keçmiş sovet respublikalarını Kreml üçün təbii təsir zonasına çevrilmiş məkan kimi görmürlər. Mərkəzi Asiya liderləri baş verənləri aydın dərk edir və Vaşinqton, Pekin və Moskva arasında çevik şəkildə manevr edirlər". 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
2
sherg.az

10Mənbələr