Bakı.Trend:
Azərbaycanda son dövrlərdə balıq məhsullarının bazarqiymətlərində həm istehlakçıların, həm də sahə nümayəndələrinindiqqət mərkəzindədir. Qiymətlərin formalaşmasında fəsillər üzrətəklifin dəyişməsi, daxili istehsalın həcmi, idxal olunanməhsulların maya dəyəri və logistika xərcləri əsas rol oynayır.Bazar iştirakçıları bildirirlər ki, bu amillərin təsiri nəticəsindəbəzi balıq növlərinin qiymətində artım, digərlərində isə nisbisabitlik müşahidə olunur. Məsələ həm daxili tələbatın ödənilməsi,həm də ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsbedir.
Bəs, hazırda müxtəlif balıq növləri üzrə bazardaqiymətlər necədir?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Balıqçılar Birliyininixtoloq Niyazi Heybətov bildirib ki, ölkədə iribuynuzlu heyvanlararasında yayılan dabaq xəstəliyi balıq satışına təsir etməyib.
O qeyd edib ki, göl balıqlarına 18% vergi tətbiq olunduqdansonra yerində 4-5 manata satılan balıqlar mağazalara 6-8 manatapaylanılır:
"Sazan və belamur kimi balıq növlərində neçə illərdir ki, qiymətartımı müşahidə olunmur. Şəmkir, Qax, Oğuz, Şəki, Quba və Qusarrayonlarında farel balıqları yetişdirilir. Farelin 100 qramlıqkörpə balığı 2 manata satılır. Farelin 1 kiloqramadək böyüməsi üçün1,2% yem tələb olunur. Yemin 1 kilosunun qiyməti 3 manat 50qəpikdir. Beləliklə, farel balığının kilosu 9-10 manata başa gəlir.Bu növ balığın satışında da artım müşahidə olunmur".
N.Heybətov əlavə edib ki, hazırda ən bahalı balıqlar sırasındanərə xüsusilə qeyd edilməlidir:
"Dəniz nərəsi hazırda xeyli bahadır. Ümumilikdə, dənizbalıqlarının qiyməti digərləri ilə müqayisədə bir qədər baha olur.Qapalı su təchizatlarında saxlanılan nərə cinsli balıqlarınınqiymətlərində isə artım müşahidə edilmir".
O vurğulayıb ki, Azərbaycana İrandan, Norveçdən, Rusiyadanmüxtəlif növ balıqlar idxal edilir.
"İrandan gətirilən balıqların qiyməti ucuzdur. Hazırda İrandankütüm, farel, nərə, bölgə (beluqa) balıqları idxal edilir. Hazırdadənizdə xəşəm və kütüm balıqları xeyli azalıb.
Xəşəmin bir kilosu 22 manatdan satılır. Sazan, belamur, çəkikimi göl balıqlarının qiyməti yerində 3 manata, mağazalarda isəbundan 2-3 manat baha satılır. Xəzər sularında nərə balığınınovlanması hazırda qadağandır. Bazarlarda bu balığı nadirən görməkolar. Onun da 1 kilosunun qiyməti 100-110 manatdan başlayır”,- deyəo əlavə edib.
İqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə açıqlamasında bildirib ki,ölkədə balıq qiymətlərindəki artımın bir neçə əsas səbəbi var.
"Bu səbəblər arasında ötən ilin ikinci yarısından idxal olunanbalıq və dəniz məhsullarına gömrük rüsumunun tətbiqi də yer alır.Bu məhsullara 15% gömrük rüsumu tətbiq edilməsi ötən illəmüqayisədə balıq qiymətlərinin yüksəlməsinə səbəb olub. Gömrükrüsumu idxal olunan məhsulun üzərinə əlavə olunur və yerli balıqsatıcıları da qiyməti artırmalı olurlar", – deyə ekspertvurğulayıb.