AZ

DÇ-2026-nın pley-off püşkatmasının nəticələri açıqlanıb

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində pley-off oyunlarının püşkü İsveçrənin Sürix şəhərində atılıb.

90deqiqe.Az xəbər verir ki, mərasim zamanı Türkiyə milli komandasının rəqibləri də müəyyənləşib.

Püşkatmanın nəticəsinə əsasən, “ay-ulduzlular” yarımfinalda Rumıniya yığması ilə qarşılaşacaq. Vinçenso Montellanın başçılıq etdiyi komanda yarımfinal matçını öz meydanında keçirəcək.

Türkiyə millisi bu mərhələni adlayacağı təqdirdə, finalda Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Qitələrarası pley-off mərhələsi

Yarımfinal

Yeni Kaledoniya – Yamayka

Boliviya - Surinam

Final

Konqo Demokratik Respublikası - Yeni Kaledoniya / Yamayka cütünün qalibi

İraq - Boliviya / Surinam cütünün qalibi

Avropa zonası üzrə pley-off mərhələsi

A yolu

Yarımfinal

1. İtaliya – Şimali İrlandiya

2. Uels - Bosniya və Herseqovina

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

B yolu

Yarımfinal

3. Ukrayna - İsveç

4. Polşa - Albaniya

Final

3-cü cütün qalibi – 4-cü cütün qalibi

C yolu

Yarımfinal

5. Türkiyə - Rumıniya

6. Slovakiya - Kosovo

Final

5-ci cütün qalibi – 6-cı cütün qalibi

D yolu

Yarımfinal

7. Danimarka – Şimali Makedoniya

8. Çexiya – İrlandiya

Final

7-ci cütün qalibi – 8-ci cütün qalibi

Pley-off mərhələsinin oyun tarixləri təsdiqlənib. Yarımfinal matçları 2026-cı il martın 26-da, final qarşılaşmaları isə martın 31-də oynanılacaq. Hər iki mərhələ bir görüşdən ibarət olacaq və qalib gələn komandalar DÇ-2026-a vəsiqə qazanacaqlar. Final oyunlarının keçiriləcəyi stadionlar püşkatma nəticəsində müəyyən olunacaq.

Qeyd olunur ki, 48 yığmanın iştirak edəcəyi dünya çempionatında artıq 42 komanda öz yerini təmin edib. Son 6 vəsiqənin taleyinə isə pley-off oyunları aydınlıq gətirəcək.

Seçilən
10
4
90deqiqe.az

10Mənbələr