AZ

Türkiyənin pley-offdakı rəqibləri bəlli oldu


Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
Yeniavaz.com
xəbər verir ki, püşkatmada Türkiyə millisinin rəqibləri də bəlli olub.
Belə ki, Türkiyə millisi pley-off-da Rumıniya ilə üz-üzə gələcək. “Ay-ulduzlular” bu mərhələni keçə bilsələr, finalda Slovakiya - Kosova cütünün qalibi ilə qarşılaşacaqlar. Yekunda isə 4 milli gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək dünya çempionatına qoşulmağa haqq qazanacaq.
Pley-off cütləri belədir:
A yolu:
İtaliya - Şimali İrlandiya
Uels - Bosniya və Herseqovina


B yolu:
Ukrayna - İsveç
Polşa - Albaniya


C yolu:
Türkiyə - Rumıniya
Slovakiya - Kosovo


D yolu:
Danimarka - Şimali Makedoniya
Çexiya - İrlandiya
Seçilən
10
4
yeniavaz.com

10Mənbələr