AZ

Finlandiya Rusiyadan müdafiə üçün 7 ölkənin liderlərini sammitini çağırıb

Helsinkidə keçiriləcək görüşdə Avropanın şərq sərhədləri müzakirə olunacaq…

Poliqon xəbər verir ki, Finlandiyanın baş naziri Petteri Orpo Rusiyadan gələn təhlükələr fonunda Avropa İttifaqının şərq cinahındakı yeddi ölkənin liderlərini xüsusi sammitə dəvət edib. Dekabrın 16-da Helsinkidə keçiriləcək bu toplantının əsas mövzusu Avropanın Rusiya ilə sərhədlərinin müdafiəsinin gücləndirilməsi olacaq.

Bir günlük sammitdə İsveç, Estoniya, Latviya, Polşa və Bolqarıstanın baş nazirləri, eləcə də Rumıniya və Litvanın prezidentləri iştirak edəcəklər. Orponun sözlərinə görə, Rusiya ilə həmsərhəd ölkələr ümumi təhlükəsizlik çağırışları ilə üzləşir, o cümlədən kiberhücumlara, hava məkanının pozulmasına və müxtəlif “hibrid əməliyyatlara” məruz qalırlar.

Finlandiya baş naziri bildirib ki, Avropanın Rusiyayla sərhədlərində müdafiə imkanlarının fasiləsiz şəkildə gücləndirilməsi vacibdir. O, Helsinkidəki görüşün təhlükələrin dərin təhlili və birgə həll mexanizmlərinin işlənməsi üçün mühüm imkan yaratdığını vurğulayıb.

Sammit, dekabrın 18–19-da Brüsseldə keçiriləcək Avropa Şurasının iclasından əvvəl baş tutacaq və gözləntilərə görə, Aİ-nin təhlükəsizlik gündəliyinin formalaşdırılmasına təsir göstərəcək.

Poliqon.info

Seçilən
176
10
poliqon.info

9Mənbələr