AZ

Rusiyaya qonşu səkkiz Aİ ölkəsi Helsinkidə müdafiə xərcləri üçün birgə fond tələb edir

Rusiyaya qonşu olan səkkiz Avropa İttifaqı (Aİ) ölkəsinin liderləri 16 dekabr çərşənbə axşamı Helsinkidə keçiriləcək sammitdə Aİ-nin ümumi fondlarından müdafiə xərclərinin qarşılanmasını tələb edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Politico"ya istinadən xəbər verir ki, Finlandiya, İsveç, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstan hökumətləri regionda təhlükəsizliyin təmin edilməsinin yalnız fərdi ölkələrin üzərinə düşməməli olduğunu bildirirlər.

Liderlər 2028–2034-cü illər üçün nəzərdə tutulmuş uzunmüddətli Aİ büdcəsi çərçivəsində müdafiə xərclərinin nəzərə alınmasını istəyirlər.

Nəşrin mənbələrindən birinin sözlərinə görə, ölkələr Aİ-dən “yeni maliyyə imkanları” və “həmrəylik prinsipi əsasında fəaliyyət göstərən maliyyə alətləri” tələb edəcəklər. Sammitdə həmçinin pilotsuz uçuş aparatlarından müdafiəni təmin edən “pilotsuz hava divarı” layihəsi və hərbi mobillik təşəbbüsü barədə mövqelər açıqlanacaq.

Finlandiya Baş naziri Petteri Orpo bildirib ki, “hibrid əməliyyatlar, kiberhücumlar və hava məkanının pozulması” səbəbindən Aİ-nin şərq sərhədlərini gücləndirməsi vacibdir. Sammitdə iştirak edən ölkələrin müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gələcəyi gözlənilir.

Seçilən
23
10
operativmm.az

9Mənbələr