AZ

ABŞ-ın sülh planından amnistiya və Ukrayna ordusunun sayı ilə bağlı müddəalar çıxardılıb - KİV

Rusiya-Ukrayna münaqişəsi üzrə ABŞ sülh planının yeni versiyasında Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması aradan qaldırılıb. Həmçinin, sənəddə münaqişə iştirakçılarının əfv edilməsi ilə bağlı müddəa da yoxdur.

Herbiand.az bildirir ki, bu barədə ABC News nəşri ABŞ rəsmisinə istinadən məlumat verib.

“Politico”-nun xəbər verdiyi kimi, 28 bənddən 19-a endirilən sülh planında “Ukraynanın Donbası Rusiyaya güzəşt etməsi” tələbi də yoxdur. Qəzet yazıb ki, bütövlükdə ərazi məsələləri sənəddən çıxarılıb.

Bloomberg mənbələri bildiriblər ki, Rusiya rəsmiləri planın yeni versiyasını “uğursuzluq” adlandırıblar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının 28 bənddən ibarət planı Cenevrədə ABŞ-Ukrayna danışıqlarından, eləcə də Avropa ölkələri ilə məsləhətləşmələrdən sonra azaldılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
164
50
herbiand.az

10Mənbələr