AZ

Rusiya ABŞ-dan “sülh planı”nın yenilənmiş variantını gözləyir

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya avropalılar və Ukrayna ilə məsləhətləşmələrdən sonra amerikalılardan sülh planının yenilənmiş versiyasını təqdim etmələrini gözləyir.

Onun sözlərinə görə, Rusiya tərəfi hələlik sənədi rəsmi kanallar vasitəsilə almayıb: “Və biz onların bu mətnin avropalılar və ukraynalılarla razılaşdırılması mərhələsini başa çatdırmaq baxımından aralıq hesab etdikləri bir versiya təqdim etmələrini gözləyirik”, – deyə Sergey Lavrov Moskvada Belarus və Rusiya Xarici İşlər Nazirliklərinin kollegiyalarının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Xatırladaq ki, bir müddət əvvəl “Financial Times” qəzeti Donald Trampın sülh planının avropalılarla məsləhətləşmələrdən sonra 28 bənddən 19 bəndə endirildiyini bildirmişdi. Yeni versiyada dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı müddəaların olmadığı deyilir. 28 bənddən ibarət olan ilkin planda NATO-nun Ukraynaya qoşun yerləşdirməkdən çəkinməsi, Krımın, Donetsk və Luqansk vilayətlərinin Rusiya əraziləri kimi faktiki tanınması və Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin 600.000 nəfərə endirilməsi tələb edilirdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
53
50
editor.az

10Mənbələr