Kiyev və Vaşinqton ABŞ-ın Ukraynaya dair hazırladığı sülh planı ilə bağlı danışıqlar zamanı çoxsaylı məsələlərdə razılığa gəliblər. Lakin Ukrayna sənədin Moskva üçün xüsusilə vacib olan bir neçə maddəsini rədd edib.
CNN Ukrayna mənbəyinə istinadən bildirib ki, Ukrayna Rusiyaya Donbas üzərində nəzarət hüququ verən təklifi (o cümlədən Donbası silahsızlaşdırılmış zona kimi yaratmaq variantını) rədd edib. Hətta bu maddənin layihədən çıxarıldığını deyənlər də var.
Kiyev həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min əsgərə endirilməsi təklifinə qarşı çıxır. Təsdiqlənən məlumata görə, danışıqlarda "yeni daha yüksək rəqəm" də gündəmə gəlib, lakin Kiyev yenə də ordu sayının yuxarı həddini qəbul etməkdən imtina edib.
TAHİR