AZ

Oğuzda qəzada ölən və yaralananların adları YENİLƏNİB

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Oğuzda baş verən qəzada ölən və xəsarət alanların adları açıqlanıb.

"Unikal" xəbər verir ki, hadisə zamanı sürücü - rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Əzimov Sakit Bayram oğlu ölüb. Həmin kənd sakini - 1989-cu il təvəllüdlü Hüseynov Səxavət və 1991-ci il təvəllüdlü rayonun Sincan kənd sakini Qarayev Röyal xəsarət alıblar.

*** 20:43

Oğuzda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb, nəticədə avtomobilin sürücüsü, rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seymur Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
14
unikal.az

10Mənbələr