AZ

Oğuzda avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var

Oğuzda "BMW" markalı avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində avtomobilin sürücüsü rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, iki nəfər isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
37
14
musavat.com

10Mənbələr