AZ

Oğuzda “BMW” aşdı - Ölən və xəsarət alanlar var

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan  “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"Cebheinfo.az"

Seçilən
31
10
cebheinfo.az

10Mənbələr