Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün yekun heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi Tahir Baxşıyev heyətdə aşağıdakı basketbolçulara üstünlük verib:
Emmanuel Aqbason
Uesli Van Bek
Əkbər Məmmədov
Ulaş Turqut
Elşad Şirzadov
Amil Həmzəyev
Kamran Məmmədov
Ercan Donat
Derin Berkoz
Saadettin Donat
Endər Poladxanlı
Şirzad Şirzadov
Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək. Millimiz üç gün sonra isə Bakıda Lüksemburq ilə yığması üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan millisi komandası 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin A qrupunda yer alıb. Sözügedən qrupda Şimali Makedoniya və Lüksemburq yığmaları ilə yanaşı, Lüksemburq seçməsi də var.
