Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT SSC) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir.
Publika.az xəbər verir ki, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentləri - Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin və Emoməli Rəhmon “Intımak Ordo”ya gəliblər. Onları girişdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, binanın içərisində isə prezident Sadır Japarov qarşılayıb.
Fotomərasimdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nazirlər Şurasının dar formatda iclası başlayıb. Sammitə Qırğızıstan sədrlik edir.
Qeyd edək ki, Vladimir Putin çərşənbə axşamı, noyabrın 25-də dövlət səfəri çərçivəsində, ertəsi gün isə digər ölkələrin liderləri Bişkekə gəlib.
Sammit iştirakçıları birgə işin cari məsələlərini, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər. İclasın gündəliyinə həmçinin kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi, KTMT-nin sessiyalararası dövrdə fəaliyyətinin nəticələrinin müzakirəsi, sessiyaya təqdim edilmiş müvafiq qərarlara baxılıb təsdiq edilməsi daxildir.