AZ

KTMT qüvvələri Rusiyanın yeni silahları ilə təchiz olunacaq –PUTİNDƏN İLGİNC TƏKLİF

Rusiya Prezidenti Vladimir Putin KTMT qüvvələrini döyüşdə effektivliyini sübut etmiş Rusiya silahları ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Putin bu təklifi Bişkekdə keçirilən KTMT sammitində çıxış edərkən səsləndirib.

 

O, Rusiyanın KTMT-nin yeni terrorizmə qarşı mübarizə strategiyasının hazırlanmasına başlamağı təklif etdiyini də vurğulayıb.

 

Putin deyib ki, KTMT-nin sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək. O, Rusiyanın KTMT-yə sədrliyinin “çoxqütblü dünyada kollektiv təhlükəsizlik” devizi altında keçiriləcəyini qeyd edib.


Seçilən
11
7
senzor.az

10Mənbələr