AZ

Putindən beş ölkəyə təklif: Ordularınızı Rusiya silahları ilə gücləndirin

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin KTMT ölkələrinə silahlı qüvvələrini Rusiya silahları ilə silahlanmasını təklif edib.

Teleqraf xəbər verir ki, o, bu barədə təşkilatın Bişkekdə keçirilən iclasında bildirib.

“Kollektiv qüvvələrin hərbi əməliyyatlarda effektivliyini sübut edən müasir Rusiya silahları və texnikası ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edirik”, - Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, Rusiya KTMT-nin hərbi potensialının gücləndirilməsi ilə bağlı bütün məsələlərdə müttəfiqləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır: “Hazırda prioritet inkişaf istiqamətləri milli kontingentlərin döyüş hazırlığının yüksəldilməsi, kollektiv qüvvələrin komandanlığı və nəzarətinin təkmilləşdirilməsidir”.

Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Ermənistan Bişkek toplantısına qatılmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
sherg.az

10Mənbələr