BAKI, 27 noyabr. TELEQRAF
KTMT ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıdır.
Teleqraf xəbər verir ki, bəyanat KTMT-nin Qırğızıstanda keçirilən toplantısında qəbul edilib.
“Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Hərtərəfli nizamlanma və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq”, - təşkilatın Bişkekdə keçirilən sammitinin yekunları üzrə qəbul edilmiş KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsində deyilir.
Qeyd edək ki, iclasda Qırğızıstan, Tacikistan, Qazaxıstan, Belarus və Rusiya prezidentləri iştirak edib. Ermənistan toplantıya qatılmayıb.