"KTMT ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıdır".
Redaktor.az xəbər verir ki, bu barədə Təşkilatın Bişkekdə keçirilən sammitinin yekunları üzrə qəbul edilmiş KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsində deyilir.
Bəyənnamədə qeyd edilib:
"Biz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Biz hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq".
Aminə ŞAHSUVARQIZI