KTMT ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Biz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Biz hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq", - Təşkilatın Bişkekdə keçirilən sammitinin yekunları üzrə qəbul edilmiş KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsində deyilir.