Mən 2026-cı il parlament seçkilərində “Mülkü Müqavilə” Partiyasından baş nazir postuna namizədliyimi irəli sürürəm.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 27-də jurnalistlərlə söhbətində bildirib.
O, namizədlərin qeydiyyatı prosesinin şəffaf olacağını, partiyanın ideologiyasının əsasını təşkil edəcəyini bildirib. Paşinyan əmin edib ki, “Mülkü Müqavilə” Partiyası demokratik partiyadır, burada seçki prosesləri açıq və şəffafdır, qərarlar kollektiv şəkildə qəbul edilir.
"Partiyamızın siyasi fəaliyyətini mənim və ya başqasının şəxsiyyəti müəyyən etmir. Mən partiyanın İdarə Heyətinin sədriyəm və səsim qətidir, lakin bu, problemlərin şəxsi müstəvidə həll olunması demək deyil", - baş nazir qeyd edib.