“Mən 2026-cı il parlament seçkilərində “Vətəndaş müqaviləsi” Partiyasının Baş nazirliyə namizədi olmaq üçün namizədliyimi irəli sürürəm”.
Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu 27 noyabrda jurnalistlərlə söhbətində bildirib.
O əmin edib ki, namizədlərin qeydiyyat prosesi şəffaf olacaq.
Paşinyanın sözlərinə görə, “Vətəndaş müqaviləsi” Partiyasında qərarlar kollektiv şəkildə qəbul edilir.
"Partiyamızın siyasi fəaliyyəti mənim və ya başqasının şəxsiyyəti ilə müəyyən edilmir. Mən partiyanın idarə heyətinin rəhbəriyəm və səsim qətiyyətlidir, amma bu, problemlərin şəxsi səviyyədə həll olunduğu anlamına gəlmir", - deyə Baş nazir qeyd edib.