
“2026-cı il parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasından baş nazir vəzifəsinə namizədliyimi irəli sürürəm”.
Reyting.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, namizədlərin qeydiyyat prosesinin şəffaf olacağına və partiyanın ideologiyasının əsasını təşkil edəcəyinə əmindir.
Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının seçki proseslərinin açıq və şəffaf olduğu və qərarların kollektiv şəkildə qəbul edildiyi demokratik bir partiya olduğuna əminliyini ifadə edib.
“Partiyamızın siyasi fəaliyyəti mənim və ya başqasının şəxsiyyəti ilə müəyyən edilmir. Mən partiyanın idarə heyətinin rəhbəriyəm və səsim qətiyyətlidir, amma bu, problemlərin şəxsi səviyyədə həll olunduğu anlamına gəlmir”, - deyə baş nazir əlavə edib.
E. KAMAL