AZ

Premyer Liqa: “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək

BAKI, 28 noyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün birinci matçında “Kəpəz” Yevlax şəhər stadionunda "Zirə"ni qəbul edəcək. Saat 14:00-da başlanacaq görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək. Gəncə klubu hazırda 6 xalla turnir cədvəlinin 10-cu, “qartallar” isə 23 xalla 3-cü pilləsində qərarlaşıb.

Günün növbəti matçında isə "Turan Tovuz" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Samir Abasov istefaya göndərildiyi üçün “ağ-qaralar”ı bu matça Sənan Qurbanov çıxaracaq. Hazırda "Turan Tovuz" 23 xalla turnir cədvəlinin 2-ci, "Neftçi" 15 xalla 8-ci pilləsində yer alır. Saat 18:30-da start götürəcək görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.

Azərbaycan Premyer Liqası, XIII tur
28 noyabr
14:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu

18:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli

VAR: Nicat İsmayıllı

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun qalan oyunları 29-30 noyabrda keçiriləcək.

Seçilən
32
36
teleqraf.com

10Mənbələr