Misli Premyer Liqasında bu gün XIII tura start veriləcək.
Modern.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Kəpəz" Yevlax şəhər stadionunda "Zirə" ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi görüşə saat 14:00-da start veriləcək. "Zirə" 23 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 6 xala malik "Kəpəz" isə onuncudur.
Günün son matçı Tovuz şəhər stadionunda keçiriləcək. "Turan Tovuz" doğma meydanda "Neftçi" ilə görüşəcək. Fərid Hacıyevin idarə edəcəyi matç saat 18:30-da başlayacaq. "Turan Tovuz" turnir cədvəlində 23 xalla ikincidir. Səkkizinci pillədə yer alan "Neftçi"nin isə 15 xalı var.
Misli Premyer Liqası
II dövrə, XIII tur
28 noyabr
14:00. "Kəpəz" – "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu
18:30. "Turan Tovuz" – "Neftçi"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu
Qeyd edək ki, XIII tura noyabrın 30-da yekun vurulacaq.