AZ

Premyer Liqa: “Zirə” və “Neftçi” səfər matçına çıxır

Azərbaycan Premyer Liqasında bu gün XIII tura start veriləcək.

Msport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” Yevlax şəhər stadionunda “Zirə” ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi görüşə saat 14:00-da start veriləcək. “Zirə” 23 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 6 xala malik “Kəpəz” isə onuncudur.

Günün son matçı Tovuz şəhər stadionunda keçiriləcək. “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə görüşəcək. Fərid Hacıyevin idarə edəcəyi matç saat 18:30-da başlayacaq. “Turan Tovuz” turnir cədvəlində 23 xalla ikincidir. Səkkizinci pillədə yer alan “Neftçi”nin isə 15 xalı var.

Qeyd edək ki, XIII tura noyabrın 30-da yekun vurulacaq.

 

Premyer Liqa

XIII tur

28 noyabr

 

14:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Yevlax şəhər stadionu

 

18:30. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli

VAR: Nicat İsmayıllı

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Tovuz şəhər stadionu

Seçilən
11
4
msport.az

10Mənbələr