GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukrayna mediasında və siyasi dairələrdə ölkənin Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Yermakla bağlı yeni iddialar yayılıb.
Globalinfo.az xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib ki, guya Ukrayna sərhəd-keçid məntəqələrinə Yermakın ölkəni tərk etməsinə qadağa qoyulması barədə göstəriş göndərilib.
Deputat bu barədə məlumatı öz “Teleqram” kanalında paylaşıb:
“Sərhəd-keçid məntəqələrinə Andrey Yermakın Ukraynadan çıxışına qadağa qoyulması barədə məktub daxil olub.”
Xatırladaq ki, noyabrın 28-də NABU detektivləri və Xüsusi Antikorrupsiya Prokurorluğunun əməkdaşları Yermakın mənzilində axtarış aparıblar. Bir qədər sonra Yermak əməliyyatı təsdiqləyərək, istintaqla əməkdaşlıq etdiyini və vəkillərinin hüquq-mühafizə orqanları ilə təmasda olduğunu bildirib.
Axtarışların “Midas” kod adı altında aparılan iri enerji korrupsiyası işi ilə bağlı olacağı qeyd edilir. Bu iş çərçivəsində “Kvartal 95” studiyasının həmtəsisçisi Timur Mindıç və bir sıra yüksək vəzifəli şəxslərin adları hallanır. Siyasi dairələrdə və mediada “Əli-Baba” ləqəbli şəxsin NAБУ və SAP-a qarşı hücumları koordinasiya etdiyi, “Mindiçin lent yazılarında” söhbətin məhz Andrey Yermakdan getdiyi ehtimalı da müzakirə olunur.
Axtarışlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verərək, Andrey Yermakın istefa ərizəsi yazdığını bildirib. Daha sonra məlum olub ki, dövlət başçısı Yermakın vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Gecə saatlarında “The New York Post” nəşri Yermakın ön cəbhəyə yollanmaq qərarı verdiyi barədə məlumat yayıb.
Həmin gün keçmiş administrasiya rəhbəri Financial Times-a açıqlama verərək, Zelenskiyə qarşı heç bir incikliyi olmadığını deyib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.