AZ

Dənizkənarı Bulvar builki Yeni ili fərqli tərtibatda qarşılayır - FOTO

Dənizkənarı Bulvar İdarəsi builki Yeni İl yarmarkasına da xüsusi hazırlıq görüb.

"Report" xəbər verir ki, builki yarmarka yeni və fərqli tərtibatda hazırlanıb.

Burada quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma bulvarın daxilində sanki kiçik şəhərcik görüntüsü yaradır.

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın ən diqqətçəkən yeniliklərindən biri də şəhərin ilk dəfə açıq havada salınmış buz meydançasıdır. ÜNNA Studio tərəfindən qurulan və Nargis Fondu tərəfindən təşkil olunan bu meydança "Dinamo" ərazisində yerləşir və dekabrdan 1-dən yanvarın 5-dək fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradır.

Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə hazırlanıb. Bu isə hər yaşdan və bacarıq səviyyəsindən olan ziyarətçilər üçün rahat və təhlükəsiz istirahət imkanı təmin edir. Təxminən 750 kvadratmetr genişliyində olan buz örtüyü sərbəst və rahat konki sürməyə şərait yaradır. İşıqlandırma və qışa xas detallarla tamamlanan meydança bulvara fərqli bir mövsümi rəng qatır.

Seçilən
34
17
qaziler.az

10Mənbələr