AZ

Bulvarda Yeni il yarmarkasında yeniliklər Video

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dənizkənarı Bulvar İdarəsi bu ilki Yeni il yarmarkasına da xüsusi hazırlıq görüb.

Axar.az xəbər verir ki, yarmarka yeni və fərqli tərtibatda hazırlanıb.

Burada yarmarkasının quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma birlikdə bulvarın daxilində sanki kiçik şəhərcik görüntüsü yaradır.

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın ən diqqətçəkən yeniliklərindən biri şəhərin ilk açıq havada buz meydançasıdır. ÜNNA Studio tərəfindən qurulan və Nargis Fondu tərəfindən təşkil olunan bu meydança “Dinamo” ərazisində yerləşir və 1 dekabrdan 5 yanvara qədər fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradıb.

Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə hazırlanıb. Bu isə hər yaşdan və bacarıq səviyyəsindən olan ziyarətçilər üçün rahat və təhlükəsiz istirahət imkanı təmin edir. Təxminən 750 kvadratmetr genişliyində olan buz örtüyü sərbəst və rahat konki sürməyə şərait yaradır. İşıqlandırma və qışa xas detallarla tamamlanan meydança bulvara fərqli bir mövsümi rəng qatır.

Qeyd edək ki, buz meydançası 5 yanvar 2026-cı ilə qədər davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
17
axar.az

10Mənbələr