AZ

Yeni ilə hazırlıq: Dənizkənarı bulvarda buz meydançası quruduldu

Dənizkənarı Bulvar İdarəsi Yeni il yarmarkasına xüsusi hazırlıq görüb.

KONKRET.az “Oxu.Az”a istinadla xəbər verir ki, builki yarmarka yeni və fərqli tərtibatda hazırlanıb.

Yarmarkada quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma ilə birlikdə bulvarın daxilində kiçik şəhərcik görüntüsü yaradılıb.

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın ən diqqətçəkən yeniliklərindən biri şəhərin ilk açıq havada buz meydançasıdır. “ÜNNA Studio” tərəfindən qurulan və “Nargis” fondu tərəfindən təşkil olunan bu meydança “Dinamo” ərazisində yerləşir və dekabrın 1-dən yanvarən 5-dək fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradıb.

Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə hazırlanıb. Bu isə hər yaşdan və bacarıq səviyyəsindən olan ziyarətçilər üçün rahat və təhlükəsiz istirahət imkanı təmin edir. Təxminən 750 kvadratmetr genişliyində olan buz örtüyü sərbəst və rahat konki sürməyə şərait yaradır. İşıqlandırma və qışa xas detallarla tamamlanan meydança bulvara fərqli bir mövsümi rəng qatır.

Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında bildirib ki, Dənizkənarı Bulvarda Yeni il yarmarkası da vətəndaşların ixtiyarına verilib:

“Yarmarka ərazisində yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlər görülüb. Bulvar ərazisinə yaxın hissələrdə yanğınsöndürən maşınlar növbədədir. Həmçinin təhlükəsizliklə bağlı xüsusi təlimatlar hazırlanıb”.

Seçilən
34
17
konkret.az

10Mənbələr