AZ

Şəmkirdə fəhlələri daşıyan mikroavtobus aşdı - Yaralıların son durumu - YENİLƏNİB

Bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

***

Şəmkirdə mikroavtobus aıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Seyfəli yolu yaxınlığında baş verib.

Hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda 23 nəfər sərnişin olub. Onlar Yevlaxdan Şəmkirdə istixanaya işləməyə gedənlər imiş. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
5
redaktor.az

10Mənbələr